Xalq artisti Röya Ayxan səsyazma studiyasında mahnısının silindiyini, Türkiyədə isə klipinin yandığını bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Röya ARB TV-də yayımlanan “Maqazin plus”a müsahibəsi zamanı danışıb.
Sənətçi böyük şok yaşadığını, amma studiya Zamiqin olduğu üçün heç nə deyə bilmədiyini vurğulayıb:
“Studiyada mahnım silinib, Türkiyədə isə kompüterdə klipim yanıb. Bu hadisə təkcə mənim başıma gəlməyib. Eyni zamanda studiyada neçə nəfərin mahnısı var, onların da başına gəlib. Həmin məkan isə Zamiqindir deyə heç nə deyə bilmədim. Orada dostum Müjdat var. Ona da nəsə deyə bilmədim. Həmin an böyük şok yaşadım”.
Ətraflı süjetdə: