Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın yeni ilə qədər qoşunlarını Ukrayna ərazisindən çıxarması çağırışını qiymətləndirib.
Sabahinfo.az xəbər verir ki, Peskov bu barədə mətbuata açıqlama verib.
O, Rusiya qoşunlarının ilin sonuna qədər Ukraynanı tərk etmə ehtimalının olmadığını bildirib.
Peskov Ukraynanın sülh danışıqları üçün “faktları” qəbul etməli olduğunu qiymətləndirib:
"Ukrayna tərəfi uzun müddət ərzində formalaşmış reallıqları qəbul etməlidir. Bu faktlar yeni regionların Rusiyaya qoşulduğunu göstərir. Bu faktlar nəzərə alınmadan həll prosesində irəliləyiş mümkün deyil".