Rusiya sanksiyalara zidd olaraq Ukrayna Silahlı Qüvvələrinin texnikasını məhv etməyə kömək edən “görünməz” dronlar istehsal edir.
“Kartoqraf” adlı gizli casus dronunu yığmaq üçün Rusiya Almaniya, Yaponiya və Çin istehsalı olan xarici komponentlərdən istifadə edib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin hesabatında bildirilir.
Mütəxəssislər ələ keçirilən dronlarda xaricdə çox ucuz qiymətə alına bilən hissələr tapıblar. Ukrayna hərbçiləri hesab edirlər ki, bu ölkələr texnologiyaların və dron yaratmaq üçün istənilən məhsulların Rusiyaya ötürülməsinin qarşısını almaq üçün daha sərt tədbirlər görməlidirlər.
“Kartoqraf” dronu məxfi modeldir və bu haqda mediada bəhs edilməyib. Amma döyüş meydanında gözdən qaçmayıb. Rusiyanın itkilərini sənədləşdirən “Oryx” layihəsinə görə, ukraynalılar genişmiqyaslı müharibə başlayandan bəri ən azı 8 belə pilotsuz təyyarəni məhv etməyə və ya ələ keçirməyə nail olublar.