Naməlum şəxslər Rusiyanın Fransadakı səfirliyinin binasının üzərinə boya töküblər.
Sabahinfo.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilir ki, Parisin Lanne bulvarında yerləşən Rusiyanın Fransadakı səfirliyinin binasında qırmızı, mavi və sarı rənglərdə boya izləri var.
Diplomatik nümayəndəliyin mühafizəsi artıq gücləndirilib və bina bir neçə tərəfdən polis patrulları tərəfindən mühafizə olunur. Səfirliyin qarşısında metal hasar da var. Daha əvvəl Rusiyanın Avstraliyadakı səfirliyi bildirib ki, əvvəllər Rusiya diplomatik missiyasının qapılarına zərflərdə atılan ağ toz zərərsiz olub.
Diplomatik nümayəndəlikdən əlavə ediblər ki, son vaxtlar onlara hədələr və təhqiredici mesajlar gəlib.