Rusiya sülhməramlılarının Qarabağda ləğv edilən müşahidə məntəqələrinin sayı açıqlanıb

Sentyabrın 19-dan Rusiya sülhməramlıları Qarabağda 6 müşahidə məntəqəsini və 15 müvəqqəti müşahidə məntəqəsini bağlayıblar.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin cavabdeh olduğu ərazidə atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.