Rusiya-Ukrayna danışıqlarının başlayacağı vaxt açıqlandı

Belarusda Rusiya-Ukrayna danışıqları saat 13:00-da başlayacaq.

Sabahinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya nümayəndə heyətinin danışıqlardakı rəhbəri, keçmiş mədəniyyət naziri Vladimir Medinski açıqlama verib.

Ukrayna tərəfini danışıqlarda deputat, Radada "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcək.

Danışıqlarda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dayandırılması şərtləri müzakrə olunacaq.