Cenevrədə ABŞ Dövlərt katibi Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında Ukrayna böhranına həsr olunmuş danışıqlar keçiriləcək. Danışıqların əsas mövzusu razılaşmaların yerinə yetirilməsi məsələsi olmalıdır. Lavrov ilə görüş zamanı ABŞ Dövlət katibi Kerri Rusiya rəsmilərini müxalif siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi hadisəsini şəffaf qaydada araşdırmağa çağırmaq niyyətindədir. BBC xəbər verir ki, bəzi məlumatlara görə müxalif siyasətçi qətlə yetirilməsindən qabaq Rusiya qoşunlarının Ukrayna böhranında iştirakı barədə hesabat hazırlayırmış. Ruisiyalı müxalifətçilərin çoxu Nemtsovun siyasi motivlərə görə öldürüldüyünə şübhə etmir. Rusiya prezidenti Vladimir Putin, öz növbəsində, müxalifətçinin qətlə yetuirilməsini pisləyib. Onun təbirincə, Nemtsovun qətli sifarişli və təxribat məqsədilə edilmiş qətlin əlamətlərini daşıyır. Nemtsovun qətlə yetirlməsini ABŞ administrasiyası adından yayılan bəyanatda prezident Barak Obama da pisləyib.