Rusiya və Monqolustan hərbçilərinin iştirakı ilə “Selenqa-2024” hərbi təlimləri keçirilir.
Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, avqustun 19-da açılış mərasimi baş tutan və Rusiyanın Şərq Hərbi Dairəsi Birləşmiş Qoşun Növlərinin cəlb olunduğu manevrlərin növbəti günündə motoatıcı alayın şəxsi heyəti hücum elementlərini nəzərdən keçirib.
Hər iki tərəfdən ümumilikdə 700 nəfərlik şəxsi heyətin və 200 ədəd hərbi texnikanın iştirak etdiyi təlimlərdə ilk dəfə olaraq “FPV” markalı pilotsuz uçuş aparatlarından istifadə olunub, eləcə də uçuş-taktiki tapşırıqlar yerinə yetirilib.