“Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” reaktiv atəş sistemindən intensiv atəşə tutub”.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
“Bu dəqiqələrdə Xarkov şəhəri “Qrad”dan intensiv atəşə tutulub. Onlarla ölü və yüzlərlə yaralı var. Bu dəhşəti bütün dünya görməlidir”, - deyə Anton Geraşenko vurğulayıb.
13:58
Ukraynanın Xarkov şəhəri Rusiyanın aviasiya və artilleriya qüvvələri tərəfindən bu dəqiqələrdə atəşə tutulur.
Sosial şəbəkələrdə hadisə yerindən görüntülər yayılıb.
“Ekvator” ticarət mərkəzi yaxınlığındakı əraziyə çox sayda mərmi atılıb.
Qeyd olunur ki, Rusiya qoşunları Ukrayna ordusunun hərbçilərinin cəmləşmə rayonunu hədəf olaraq seçiblər.
Həmin hadisənin anbaan görüntülərini təqdim edirik: