Rusiya XİN: Latviya və Litva limanlarını bağlasa...

Latviya və Litva limanlarını Rusiya gəmiləri üçün bağlasa, Rusiya yük axınlarını yönləndirəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Baltik limanlarına gəlincə, indi müşahidə etdiyimiz dinamika, yəni yükləmənin aşağıya doğru dinamikası hamıya məlumdur. Əgər bu ölkələrin siyasətçiləri öz limanlarında yük dövriyyəsini daha da azaltmaq qərarına gəlsələr, bu, onların biznesinə zərər olacaq. Latviya və Litva növbəti antirusiya qərarını qəbul etsə də, yük axınlarımız zərurət yarandıqca istiqamətləndiriləcək. Baltik və Qara dəniz hövzələrindəki Rusiya limanları fəaliyyətini davam etdirəcək və sürətlə inkişaf edəcək, lakin Avropa ölkələrinin iqtisadi maraqları istər-istəməz əziyyət çəkir”, - o bildirib.