Rusiyanın Yakutsk şəhərində yoldan keçən şəxs 12-ci mərtəbənin pəncərəsindən yıxılan beş yaşlı uşağı tutub.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Hadisə şahidlərinin sözlərinə görə, uşaq bir müddət asılı qalıb. Yoldan keçənlər həmin müddətdə cəld adyal tapa biliblər, amma tuta bilməyiblər. Uşaq qollarını onu tutmaq üçün uzadan kişinin üstünə düşüb.
Kişinin hər iki qolu sınıb.
Məlumata görə, kişi və uşaq xəstəxanaya yerləşdiriliblər.