Rusiyada Türkiyəyə qarşı etiraz aksiyası

Türkiyənin Rusiyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

AzVision.az xəbər verir ki, "Türkiyə cavab verməli”, "İntiqam qaçılmazdır”, "Türkiyə, sən İŞİD-in yanındasan, yoxsa ona qarşı?” -deyə şüarlar səsləndirlən ruslar Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurmasına etirazlarını bildiriblər.

Etirazçılar Rusiya rəhbərliyinə müraciət edərək Türkiyədən bunun intiqamını almağı tələb ediblər.

Qeyd edək ki, hazırda iki ölkə arasında diplomatik skandal getdikcə böyüyür.