Rusiyanın Almaniyadakı səfirliyinə hücum olub

Naməlum şəxslər Rusiyanın Almaniyadakı səfirliyinin binasını qırmızı boya ilə rəngləyiblər.

Məlumatı Berlin şəhər polis idarəsi də təsdiq edib.

Qeyd olunur ki, Rusiya diplomatik missiyasının binasına qırmızı rənglə doldurulmuş şüşələr atılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.