Rüstəm Xəlilov gənclərlə görüşüb

Hacıqabul rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayon  gəncləri ilə görüşüb. Görüşün əvvəlində vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sentyabrın 7-də keçirilən görüşdə Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin,  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun könüllüləri və rayonun aktiv gəncləri iştirak ediblər.

Səmimi atmosferdə keçən görüşdə gəncləri narahat edən problemlər müzakirə olunub, məsələlərin həll olunması üçün təkliflər səsləndirilib.

İcra başçısı Rüstəm Xəlilov çıxış edərək dövlət-gənclər siyasətindən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan gəncliyinə göstərdikləri diqqət və qayğıdan, gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb. Görüşün Sonunda xatirə şəkili çəkilib.