Rüstəm Xəlilov şəhid ailələrini ziyarət edib

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Ələtli kənd sakini şəhid Quliyev Turab Əlisafa oğlu, Meyniman kənd sakini şəhid Hüseynov Nicat Adil oğlu, Yaqubov Hümbət Mərhəmət oğlu, Şıxəliyev Mehti Yalçın oğlu, Kolanı kənd sakini şəhid Ağaməmmədov Xəyal Salam oğlu, Padar qəsəbə sakini şəhid Ağayev Mənsur Ağa oğlu, Qarasu kənd sakini şəhid Məlikov Əhməd Məmməd oğlunun ailələri Vətən müharibəsinin ikinci ildönümü - “8 noyabr - Zəfər Günü” münasibətilə ziyarət edildi.

Sabahinfo.az