"Öz tərəfdarlarımla Gürcüstana qayıtmaq və bir ildən sonra parlament seçkilərində qalib gəlmək niyyətindəyəm”. Bunu "Rustavi 2” telekanalına müsahibəsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
"Biz hakimiyyətə seçki yolu ilə qayıdacağıq”, - deyə o vurğulayıb. Bu gün Gürcüstanda baş verənləri faciə adlandıran sabiq prezident indiki hökumətin ölkəni səfalətə sürüklədiyini vurğulayıb. O bildirib ki, Gürcüstan hökumətinin uğursuzluqları Rusiya yönümlü olması ilə bağlıdır. "Gürcüstanın gələcəyi Ukraynadakı proseslərdən çox asılıdır”, - deyə o qeyd edib.