Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərildi

Polşanın baş naziri Mateuş Moravetski keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.

Sabahinfo.az xəbər verir ki, o, bu  barədə "Twitter" səhifəsində məlumat paylaşıb.  

Onun sözlərinə görə,  artıq bir qrup həkim Gürcüstanda Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb.

"Biz dostlarımızı çətinlikdə qoymuruq", - Polşanın baş naziri deyib.

Xatırladaq ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün Tbilisidəki özəl klinikaya aparılıb və bu gün də ordadır. Gürcüstan hakimiyyəti iddia edir ki, Saakaşvili həbsdən azad olunmaq üçün səhhətinin ağır olduğunu iddia edir.