Noyabrın 4-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək.
Bu barədə Sabahinfo.az-a parlamentdən məlumat verilib.
Bildirilib ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir.
***
Sabah - noyabrın 1-də Milli Məclisdə “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda dinləmə keçiriləcək.
Sabahinfo.az xəbər verir ki, toplantı İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə baş tutacaq.
İclasda Milli Məclisin deputatları, QHT nümayəndələri iştirak edəcəklər.