Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.