Sabahın HAVA PROQNOZU

Azərbaycanda sentyabrın 27-nə gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19°, gündüz 22-26°, Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16°, gündüz 25-30°, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacaq.