SABİNA parfümeriya və kosmetika mağazaları şəbəkəsi - "SABİNA P AND C" MMC ləğv olunduğunu elan edib.
Sabahinfo.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.
2004-cü ildə dövlət qeydiyyatına alınmış "SABİNA P AND C" MMC-nin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.