Sabirabadda vətəndaşlardan 27 silah götürüldü

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində ötən gün ərzində 14 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. 

Son bir həftə ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən 5-i könüllü olmaqla ümumilikdə 27 odlu silah təhvil götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.