Sadiq Qurbanov şəhid ailəsini ziyarət etdi

Şəhid ailələrinə qayğı və diqqət hər birimizin borcudur. 

Hörmətli millət vəkilimiz, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Salyan rayonunun Marışlı kəndində doğulmuş qəhrəman şəhid Qasımov Nurlan Vadər oğlunun ailəsini ziyarət etdi.

Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan və göstərdiyi şücaətləri haqqında həmsöhbət olduq.

Allah bütün qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin.