Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılıb.

Təhsil Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlayacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.