Sahibə Qafarova partiya sədrləri ilə görüşdü

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilməmişdən öncə parlament sədri Sahibə Qafarova iclasın keçirildiyi zala gəlib. 

Sabahinfo.az-ın məlumatına əsasən, Sahibə Qafarova tədbirdə iştirak edən qonaqlarla, o cümlədən parlamentdə təmsil olunmayan siyasi partiya rəhbərləri ilə salamlaşaraq fikir mübadiləsi aparıb. 

Qeyd edək ki, yeni qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.