Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan Ordusu Laçın şəhərindədir. Zabux və Sus kəndləri bizim nəzarətimiz altına götürülüb. Biz Laçın şəhərinə qayıtmışıq”.