“Doğru Yol” milli-mənəvi dəyərlərin təbliği İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli İnkişaf Yolu” layihəsinin icrası davam edir.
Belə ki, layihənin icra planına əsasən “Doğru Yol” milli-mənəvi dəyərlərin təbliği İctimai Birliyi Şamaxı Dövlət Regional Kollecində tədbir keçirib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova, İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci tarix müəllimi, ekspert Əli Baxışlı, “Doğru Yol” milli-mənəvi dəyərlərin təbliği İctimai Birliyinin sədr müavini və sözügedən layihənin rəhbəri Kərim Boyaqçızadə, müəllimlər, rayon ictimaiyyəti və gənclər iştirak edib.
Layihə rəhbəri Kərim Boyaqçızadə layihə haqqında məlumat verərək bildirib ki, layihənin icrasının əsas məqsədi vətənpərvərlik hissinin yüksəldilməsində ictimai rolun artırılmasıdır.
Çıxışçılar vətənpərvərlik hissinin tariximizə, doğma torpaqlarımıza bağlılıqdan başladığını qeyd ediblər. Bildirilib ki, milli vətənpərvərlik hissi hər bir azərbaycanlının bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır.
Daha sonra “Bizim Vətənimiz” adlı maarifləndirici sosial çarx nümayiş olunub.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.