Şamaxıda “Erkən nikah - sağlam gələcək!” adlı layihə icra olundu

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Qadınlar Gələcək Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə 12-13 sentyabr tarixləri arasında Şamaxı rayonunda “Erkən nikah – sağlam gələcək!” adlı layihə çərçivəsində tədbirlər keçirildi. Layihənin əsas məqsədi yeniyetmə qızların valideynlərinin, himayədarlarının gender əsaslı zorakılıq, o cümlədən məişət zorakılığı, onun mahiyyəti, səbəbləri, formaları, zorakılığın profilaktikası sahəsində maarifləndirılmək və “Məişət zorakılığının qarşısının alınması haqqında Qanunla” tanış edilməsi yolu ilə məişət zorakılığının profilaktikasanı gücləndirməkdən ibarət idi.

Tədbiri giriş sözü ilə Şamaxı rayon İcra Hakimiyyətinin əməkdaşı Pərvin Hacıyeva açaraq, erkən nikahla mübarizə sahəsində rayonda aparılan maarifləndirmə işləri barədə geniş məlumat verdi.

Layihə eksperti, yaşam koçu, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova valideyn hüquq və vəzifələri, təhsil hüququ, nikahla bağlı beynəlxalq standartlar, yerli qanunvericilik, erkən nikahların qarşısının alınmasında vətəndaş məsuliyyəti barədə layihə iştirakçılarını məlumatlandırdı.

Daha sonra hüquqşünas Rəşad Nəbiyev tərəfindən iştirakçılara erkən nikahın qarşısının alınmasında polis orqanlarının rolu, erkən nikaha cəlb olunan yeniyetmə qız və oğlanların hüquqları barədə məlumatlandırdı.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev erkən nikahla bağlı maarifləndirmənin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etdi.

Tədbirin sonunda iştirakçılara “Erkən nikah – sağlam gələcək !” adlı kitabça və sertifikatlar təqdim olundu.