Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyi nümayəndəsi Taleh Əliyev Şamaxıda keçirilən "QHT-lərin İnkişaf və Mübadilə Proqramı"nda iştirak edir. Bu gündən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə "QHT-lərin V İnkişaf və Mübadilə Proqramı"na başlanılıb. "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində keçirilən proqramda 100-ə yaxın QHT-dən təmsilçilər iştirak edir.
3 gün ərzində Şamaxı Tədris Mərkəzində davam edəcək proqramda layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qabulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mühüm mövzularda QHT-lərin bilik və bacarıgları artırilacaq, "İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması" mövzusunda praktiki qrup işləri təşkil olunacaq. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər aparacaq. Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunacaq.