20 saylı Nərimanov ikinci seçki dairəsindən Milli Məclisin deputatı Samir Vəliyev may ayı üçün ilk vətəndaş qəbulunu keçirib.
Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, çətinlikləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləciyi seçicilərin diqqətinə çatdırılıb.




