Avropa İttifaqı Şurasınn Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Sabahinfo.az xəbər verir ki, tərəflər avqustun 31-də baş tutacağı gözlənilən Şarl Mişel, Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüşünə toxunublar.
Paşinyan və Mişel dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və danışıqların nəticələrinə ümidvar olduqlarını bildiriblər.