Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təmas halında olduğunu bildirib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
O bildirib ki, Jozep Borrel Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaardan gərginliyin qarşısını almaq üçün Bakı və İrəvana səfər etməyi xahiş edib.
“Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Tam və davamlı atəşkəsə ehtiyac var.
Sülh və sabitliyə alternativ yoxdur - bunu təmin etmək üçün diplomatiyaya alternativ yoxdur”, - deyə o qeyd edib.