Şavkat Mirziyoyev Sahibə Qafarova ilə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş keçirib.

Bu barədə Sabahinfo.az Özbəkistan mediasına istinadən xəbər verir.

S.Qafarova Özbəkistan liderinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.