Səbinə Xasayeva Puta bələdiyyəsində qəbul keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonun Puta bələdiyyəsinin inzibatı binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı  fərdi qaydada qəbul edib və onların problemlərini dinləyib.
Qəbulda iştirak edən vətəndaşlar qəsəbədə münasib yerdə “Kapital ” bankın  bankomatının yerləşdirilməsinin, aptek üçün  binanın ayrılmasının və ya tikintisinin, dayanaqlı internetin verilməsinin təmin edilməsinin,fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdırılmasının, əhalinin məşğullu üçün yeni iş yerlərinin yaradılmasının,  kanalizasiya şəbəkəsinin  qurulmasına başlanılmasının, yerli bələdiyyənin maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyə dəstəyinin ayrılmasının, aztəminatlı ailələrə və işsizliyə görə sosial təminatın təyin edilməsinin və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb. Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayon icra hakimiyyəti  başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tarverdi Qurbanov, Qaradağ rayon  Puta bələdiyyəsinin sədri Emin Ramazanlı və Puta bələdiyyəsinin hüquqşünası Mehdi Məmmədov iştirak ediblər.  Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və  onların qəbul edilməsi deputat Səbinə Xasayevanın  əsas fəaliyyət istiqamətlərindən biridir.