Səbinə Xasayeva qəbul keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev  19 oktyabr 2022-ci il tarixində YAP Qaradağ rayon təşkilatının inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı həm qrup halında, həm də fərdi qəbul edərək onların  müraciət və təkliflərini dinləyiblər.
    Vətəndaşlar əsasən işə qəbul olunmalarına, özünüməşğulluq proqramına cəlb edilmələrinə, sanatoriya-kurort müəssisələrinə müalicəyə göndərilməyə, övladlarının təhsillərini davam etdirmələri üçün Tələbə Təhsil Kredit Fondundan kömək, Lökbatan qəsəbəsi,Bilal Niftəliyev küçəsi,5,7,9,11,13 və 17 saylı binaların və qəsəbənin böyük bir hissəsinin istilik sistemi ilə təchiz edilməməsi ilə əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən  qeyd olunan ərazilərə xidmət edən 8 saylı qazanxananın və onun xidmət zonasına daxil olan yaşayış binalarının aşağı  paylayıcı və binadaxili istilik  sistemlırinin sıradan çıxaraq, hazırda əsaslı təmirə ehtiyac olduğu üçün qeyd olunan binalarda istilik təchizatı sisteminin bərpası üçün növbəti illərin dövlət investisiya  proqramlarının layihəsi hazırlanarkən tələb olunan maliyyə vəsaitinin ayrılması üçün zəruri tədbirlərin görülməsi,Lökbatan qəsəbəsində 1,5,17 və 27 saylı binaların arxa hissəsində aparılan abadlıq işlərindən sonra həmin ərazilərdə ağac əkilməsi və öt örtüyünün salınması, Lökbatan qəsəbəsində  7-ci massivə  gedən ( Yeni binalar) dağılmış 500 metr  yolun təmir edilməsi, asfalt örtüyünün salınması və işıqlandırılması, 288 nömrəli tam orta məktəbə gedən  piyada yolu ( təxminən 120-150 metr) genişləndirib  nəqliyyat vasitələrinin rahat hərəkət etməsinə  şərait yaradılması və həmin ərazinin abadlaşdırılması, şəxsi problemlərinin həllinə maddi yardım göstərilməsi və digər  sosial məsələlərlə bağlı müraciət ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul  və görüşlərin dövlət başçısının vətəndaşların qəbulu və onların  problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.