Səbinə Xasayeva: Yeni qələbələrə yalnız qalib Liderimizin uzaqgörən siyasəti nəticəsində nail ola bilərik

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində YAP Qaradağ rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədi Səbinə Xasayeva -nın seçicilərlə görüş keçirib.

Sabahinfo.az
xəbər verir ki, Deputatlığa namizəd Səbinə Xasayeva görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.

S.Xasayeva Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: “Siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Bu baxımdan, YAP-ın bu günə qədər qatıldığı bütün seçkilərdə - prezident, parlament və bələdiyyə seçkilərində möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq”.

Görüşdə çıxış edən seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Çıxış edən hər bir seçici ölkəmizin əldə etdiyi nailiyyətlərdən Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinin fəaliyyətinin xüsusi diqqətə layiq olduğunu bildirmiş, gələcəkdə də həyata keçirilən fəaliyyəti dəstəkləyəcəklərini vurğulayıblar.

Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli - layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.