Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib - FOTO

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Yasamal rayonun icra hakimiyyəti başçısıçının 4 saylı sahə inzibatı ərazi dairəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Qəbula gələnlər Dadaş Bünyadzadə küçəsinin asfaltlaşdırılmasının, Alatavada məhəllədaxili yolların asfaltlaşdırılmasının və təmir edilməsinin başa çatdırılmasının,yaşayış binaları həyətlərinin abadlaşdırılmasının,uşaq və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün həyətlərdə abadlıq işlərinin aparılmasının, 286 nömrəli tam orta məktəbin arxasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikintisinə başlanılmış,lakin sonradan maliyyə vəsaitinin ayrılmaması səbəbindən tikintisi yarımçıq qalan İdman kompleksinin tamamlanmasının və həmin ərazıdə çətin tərbiyə olunan gənclərin, eyni zamanda yaşlı insanların toplaşıb tüfeyli həyat keçirmələrinin qarşısının alınmasının, Yeni Yasamal 1-də, 6-cı binanın qarşısında qazıldıqdan sonra tam doldurulmamış çaladan çıxan suyun qarşısının alınmasının, yağış və tullantı sularının ətrafı çirkləndirməməsi üçün 286 nömrəli tam orta məktəb istiqamətində kanalizasiya xəttinin təmizlənməsinin və təmirinin, Əsəd Əhmədov küçəsiində “Etalon“MTK-yə məxsus binanın liftlərinin daim işlək vəziyyətə gətirilməsinin,Yeni Yasamalda münasib yerlərdə “Kapital” bankın və “BakıKart”ın yeni ödəniş terminallarının qurulmasının, 211 nömrəli avtobus xəttində olan sərnişin sıxlığının aradan qaldırılması üçün səhər, günorta və axşam vaxtları marşruta əlavə avtobusların buraxılmasının, 96 nömrəli avtobus marşrutunun 39 saylı poliknikanını yanına kimi müəyyən edilməsinin, əhalinin sosial təminatın və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Yasamal rayonun icra hakimiyyəti başçısıçının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəhrad Hacıyev iştirak ediblər.

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.