"Seçkilərə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb" - MSK sədri

"Bələdiyyə seçkilərinə hazırlıq Təqvim Planına uyğun olaraq həyata keçirilir. Artıq yerlərdə namizədlər irəli sürülüb".

Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində indiyədək 3 minə yaxın şəxsin namizədliyi irəli sürülüb və onların qeydə alınması mərhələsi gedir.

MSK sədri qeyd edib ki, ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək:

"Yerlərdə namizədlərin irəli sürülməsi prosesi də davam edir. Onların qeydiyyatı prosesinə artıq başlanılıb. Mərkəzi Seçki Komissiyası daim bu prosesi nəzarətdə saxlayır. İndiyədək hansısa xoşagəlməz hal ilə bağlı hər hansı müraciət daxil olmayıb".