Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, sözügedən hadisə erməni barbarlığının növbəti nümunəsidir:
"Əslində Fransada səfirliyimizə hücum edilməsi gözlənilən idi. Çünki heç kəsə sirr deyil ki, Fransada ermənilər kifayət qədərdir. Fransa polisi bunun üçün oradakı diplomatlarımızın təhlükəsizliyini təmin etməyə borclu idi. Ölkənin hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etmədiklərinə görə erməni vandalları asanlıqla əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıb, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Məhz buna görə də baş verənlərlə bağlı bütün məsuliyyət Fransa hökumətinin üzərinə düşür".
Deputat söyləyib ki, əslində səfirliyimizin binasına olan hücum Fransa dövləti üçün utancverici haldır və beynəlxalq hüququn pozuntusudur:
"Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün bütün müvafiq tədbirlər görülməlidir". Yəni 1961-ci ilin Konvensiyasına əsasən, Fransa dövləti baş verənlərə görə birmənalı məsuliyyət daşıyır.
Deputat qeyd edib ki, döyüş meydanında biabır olan erməni barbarları hər zaman sivil vətəndaşların üzərində güc şousu göstərib:
"Erməni vandalları sivil vətəndaşlarımıza qarşı törətdikləri bütün təxribatların cavabını döyüş meydanında alıblar. Terror və barbarlıq erməni xislətinin özəyini təşkil edir. Ona görə onların səfirliyimizə hücumu bizi təəccülənmədirmədi. Ermənistan və onun havadarları əvvəl-axır döyüş meydanındakı biabırçı məğlubiyyəti ilə barışmalı, bizim ərazi bütövlüyümüzü tanımalı, ən önəmlisi isə bizim diktəmizlə hazırlanan sülh müqaviləsini imzalamalıdır".