Hacıqabul rayon İcra Hakimiyyətinin və “Qədir-Xum” İstirahət Mərkəzinin təşkilatçılığı ilə iftar süfrəsi verildi. İftarda rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İkinci Qarabağ müharibəsi şəhidlərinin valideynləri, ailə üzvləri, ziyalılar, ağsaqqallar və rayon sakinləri iştirak etdilər.
Əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib, dualar oxundu. Rayon İcra Hakimiyyətinin başçısı R.Xəlilov çıxış edərək, ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazanın digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edillməsindən danışdı. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin bariz nümunəsidir ki, Azərbaycanda bu gün birlik və sabitlik hökm sürür.
Ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə ərazisində olan dini məbədlərin təmir və bərpası, islami və milli-mənəvi dəyərlərin qorunması Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğu vurğulandı.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışıldı. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxundu.
Sonda çıxış edən Şəhid ailələri onlara göstərilmiş bu diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.