Bu günlərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Başlıbel kəndindən olan şəhid Elşad İsa oğlu Salahovun dəfninin 28-ci ildönümündə iştirak etmək üçün şəhidin Bərdə rayonunun İmamqulubəyli kəndində məskunlaşan ailə üzvlərini ziyarət etmişlər.
Onlar şəhidin ailə üzvlərinə başsağlığı vermiş,dövlətimizin və hökumətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu bildirmişlər. Görüşdə şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Şəhid Elşad Salahovun qardaşı Xasay Salahov,bacıları Fəxrəndə və Gülzəndə Salahovalar onları belə ağır gündə yada saldıqlarına görə rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmiş,bu görüşü Respublika Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə qayğısının əyani sübutu kimi qiymətləndirmişlər. Qeyd etmək lazımdır ki , şəhid Elşad Salahov !993-cü il dekabrın sonunda keçiriləm Murovdağ əməliyyatında şəhid olmuş,altı aydan da çox müddətdə onun cəsədi tapılmamış,1994-cü il iyun ayının 20-də cəsədinin qalıqları tapılaraq Bərdə rayonunun Xanərəb kənd qəbiristanlığında dəfn edilmişdir.
Oqtay Salahlı
Dalidag.az