Şəhid Oktay Ağabəyovun xatirəsi anılıb

Vətən müharibəsinin şəhidi Ağabəyov Oktay Baxşəli oğlunun anım günündə əziz xatirəsi yad edilib. SABAHİNFO.AZ-ın əməkdaşı xəbər verir ki, bu münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivi, rayonun güc strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyub, ailə üzvləri və yaxınları ilə görüşüblər.

Qeyd edək ki, Oktay Ağabəyov Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"medalları ilə təltif edilib.

 

Elnarə Həziyeva
SABAHİNFO.AZ saytının direktor müavini