Şəhid Sarkayev Nəcməddin Əli oğlunun büstünün açılışı oldu

Balakən rayonu Şərif kəndində anadan olan 44 günlük Vətən Müharibəsində şəhid olmuş Sarkayev Nəcməddin Əli oğlunun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində ,,Sədərək Ticarət Mərkəzinin,, ərazisində büstünün açılışı olmuşdur. Açılışda Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Fazil Mustafa ,Qaradağ İcra Hakimiyyətinin və Sədərək ticarət mərkəzinin rəhbər işçiləri,şəhidin iş və cəbhə yoldaşları , şəhidin valideynləri və yaxınları iştirak etdi. Şəhid Sarkayev Nəcməddin Əli oğluna ölümündən sonra Azərbaycanın Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ,, Vətən uğrunda,, medalı ilə təltif edilib. Tədbirdən sonra Vətən Müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə ağaclar əkilmişdir.