Azərbaycan - Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində düşmənin törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu bu gün dəfn olunub.
Şəhid sakini olduğu Biləsuvar rayonunun Amankənd kəndində torpağa tapşırılıb.
XTQ-nin kiçik giziri Ziyarət Hüseynov aprel döyüşlərinin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində isə yaralanıb. Lakin müharibədən sonra yenidən hərbi xidmətini davam etdirib.
Ailəli olan şəhidin bir övladı var.