Səlcuq Bayraqdar: “Qarabağ içimizdə qanayan yara idi”

Türkiyə Texnologiya Vəqfi olaraq Azərbaycanla əməkdaşlıq etmək niyyətindəyik. Bu yaxınlarda bununla bağlı əlaqə saxlanılıb, addım atılacaq. “Bayraktar” olaraq pilotsuz uçuş aparatları fəal şəkildə xidmət edir. Bu sahədə əsgəri heyətin yetişdirilməsi çərçivəsində təlimlər davam edir.

Bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar deyib. O bildirib ki, azərbaycanlı gənclər 2018-ci ildən etibarən texnofestival çərçivəsində yarışlarda iştirak edib, uğurlara imza atıb.

“İnanırıq ki, 2021-ci ildə qardaşlarımız yenidən festivala qatılıb, uğurlara imza atacaq. Qarabağ məsələsi içimizdə gənclik və uşaqlıq illərindən qanayan yara idi. Sonra pilotsuz uçuş aparatları müharibə tarixini dəyişdi. “Bayraktar”ın bu mübarizədə yer alması bizim üçün həyatboyu şərəf və qürur qaynağıdır”.(azvision.az)