Prezident İlham Əliyevin ayrı-ayrı vaxtlarda vətəndaşlara səmimi tövsiyyələrini xatırladaraq bu məqaləmə başlamaq istərdim.
Prezident İlham Əliyev: Siqaret çəkmək çox pis vərdişdir, xəstəlikdir, bədbəxtlikdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa.
Başqa bir vaxt...
Prezident İlham Əliyev: Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Çünki siqaret çəkən idmançı idmanda uğur qazana bilməz. Yəni, onun nəfəsinə, ağciyər imkanlarına təsir göstərir. Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır, buna ehtiyac yoxdur.
Dünyada həm keçmişdə, həmdə hal-hazırda heç bir dövlət başçısının xalqının zərərli vərdişlərdən uzaq olması üçün belə çıxışlarına rast gəlmək mümkün deyil. Əsasəndə Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü qədər, dünyada heç bir dövlətin, dövlət başçısının marağında deyil ki, əhalisi pis vərdişlərdən uzaq olsun.
Bu məqaləmdə siqaretin insan üzərində oynadığı bir çox psixoloji oyunları ifşa etməyə çalışacağam. Siqaretə, laboratoriyalarda hazırlanmış insana qarşı qurulan böyük bir tələ desək yanılmarıq. Ötən əsrin ortalarında həkimlər əllərində siqaret tutaraq təbliğat aparırdılar, məhz siqaret "sağlamlığa faydalıdır" bildirirdilər, bu gün siqaretin istifadəsinin bütün xalqlar arasında geniş yayılmasına səbəb o təbliğatlar, reklamlardır. Bu gün artıq sübut olunub ki, siqaretin tərkibində 4 minə yaxın müxtəlif zəhərli maddələr vardır. Burada insan vücudunun mükəmməlliyi nəzərə çarpaya bilməz, çünkü hər gün bu zəhərli maddələri ağ ciyərlərinə qəbul edən insan həyatda qala bilir, bu bir möcüzədir. Zəhərli maddə olan tütünü laboratoriyaya getmədən öncə siqaret formasına salıb 1 ədədini insan çəkərsə əgər, bir neçə saat dayanmadan öskürəcək, bir necə gün boğazında ağrılar hiss edəcək, belə olan halda insan tütündən istifadə etməyəcək, etsədə çox gec-gec istifadə edə bilər. O üzdən tütünə laboratoriyalarda bir çox maddələr əlavə edilir ki, bu maddələr sayəsində insan siqaret çəkdikdən sonra öskürək, boğaz ağrısı və əlavə olaraq heç bir rahatsızlıq səhətində hiss etmir. Tütünə əlavə edilən maddələr ən güclü asılılıq yaradan maddələrdən də, eroindən də güclü asılılıq yaradan maddələrdir, bu maddələr insan orqanizminə bir dəfə daxil oldusa, bundan sonra ortalama hər 40 dəqiqədən bir bu maddəni orqanizm tələb edir, elmi əsaslarla 40 dəqiqə deyilir, insandan insana dəyişə bilər bu dəqiqələr azala, yaxud çoxala bilər. Laboratoriyada hazırlanmış bu zəhərli maddə (siqaret) hazırlanarkən hətta nəzərə alınmışdır ki, insanı ortalama 50 yaşından tez öldürməsin, bəzi siqaret istifadəçiləri 50 yaşından tez, bəziləri gec ölə bilir. İlk növbədə daha tez öldürməsi siqaret zavodlarına sərf etmir, daha tez öldürməsi üçün zəhərli maddələrin miqdarı və dozası artırılmalıdır, bu da edilsə insan siqareti çəkən zaman dərhal səhətində narahatlıq hiss edəcək və uzaqlaşmaq ehtimalı yüksək olacaq, məqsəd odur ki, insan siqareti çəkən zaman vücudunda heç bir rahatsızlıq hiss etməsin, özünü xoşbəxt hiss etsin. Siqaret birdəfəlik öldürmür, süründürərək öldürür, insana insult, infakt, ağız, qıtlaq, dil, ağ ciyər xərçəngi və.s xəstəliklərini qazandıraraq öldürür. Bir ömür insanın rəngi palçığa bənzər rəngdə olur. Təsəvvür edin təyyarələrdə "qara qutu" olur, çox insan onun rənginində "qara" olduğunu düşünür, lakin həmin "qara qutu"nun rəngi narıncı olur, insanda belədir, siqaretlə bağlı çox yalan inanclara inanır, "əsəblərimi sakitləşdirir, ən yaxın dostumdur, darıxanda kömək edir, stresə yaxşı gəlir" və.s onlarla bəlkə də yüzlərlə yanlış inanclar sayəsində insan bu zərərli vərdişdən qurtula bilmir. Bütün bu yanlış inanclar hər bir insana, ondan öncə ki, siqaret çəkən insan tərəfindən aşılanmışdır. Siqaret çəkən bir insan əsəbləşəndə siqaret çəkirəm "sakitləşirəm" sözünü deməsə belə, uşaq görür ki, həmin insan hər dəfə əsəbləşəndən dərhal sonra siqaret yandırır, kimisi gözləyəndə siqaret yandırır, darıxanda siqaret yandırır, həyacanlananda, stres keçirəndə siqaret yandırır, biri ilə mübahisə edəndən dərhal sonra siqaret yandırır və.s bütün bunları uşaq görür və şüuraltı olaraq onda yazılır. İnsan siqaret çəkmək vərdişinə digərlərindən bulaşaraq başlayır, bu xəstəliyə görərək başlayırsan, yoluxucudur desək yanılmarıq. Təsəvvür edək bir insan dünyaya yeni gəlib, 40 yaşına qədər qatığın "qara" olduğunu ona deyək, heç zaman o real həyatda qatıq görməsin, 40 yaşına qədər qatıq haqqında harda danışılacaqsa, ona qatığın "qara" olduğu deyilsin, təbii ki, bu insan qatığın "qara" olduğunu düşünəcək, ağlının ucundan belə keçirməyəcək qatığın başqa rəngdə olmasını. Siqaretlə bağlı inanclarda belədir, insanlar siqaret haqqında nə düşünüb ondan istifadə edirsə ("əsəbləri sakitləşdirir, darıxmağa qoymur, stresə yaxşı gəlir, ən yaxın dostumdur" və.s), sanki qatığın rəngini ağ yox "qara"dır düşünür təsəvvür etsin, bu düşüncə ilə, o düşüncə eynidir, buna əmin olsun. Çünkü laboratoriyalarda yoxlama zamanı məlum olub, sübut olunub ki, siqaretin insan orqanizminə heç bir faydası yoxdur, zərərdən başqa, stresə yaxşı gəlmir. Burdan da belə çıxır ki, siqaretin "faydaları" haqqında inanılan inancların hamısı yalandır. Siqaretin necə bir oyun olduğunu ifşa etmək üçün kitablar yazsan yetməz, başqa qısa bir misal çəkim, ola bilər bir insan həyacanlandığı anda siqaret çəkir və özündə rahatlıq hiss edir həmin an, bu onun psixoloji inanclarına görə baş verir, real deyil, bədənini zərərləmək qarşılığında qısa zaman rahatlama hiss edir inancı sayəsində, həmin insan misal üçün həyacanlandığı anda güclü inansa ki, siqareti yandıraraq ağıza yox, yandırmadan qulağına salsa rahatlaşacaq, bunu etsə 100 faiz rahatlaşacaq, əsas inamdır. Siqaret çəkməyən insanlar həyacanlanan zaman stres səviyyələri nə qədər yüksəlirsə, siqaret çəkənlərdə bu daha artıq yüksəlir məhz siqaretə görə, həmişə ekstra stresli olurlar siqaret çəkənlər, siqaret çəkəndən sonra həmin ekstra stres azalır, gəlir normal stres səviyyəsində qalır qısa zaman ərzində, bir neçə dəqiqə sonra yenidən siqaretin yaratdığı ekstra stres qalxır, bir ömür siqaret çəkən insanda bu hal baş verir suni stres qalxır və enir, ömrünün sonuna qədər insan hər neçə dəqiqədən bir o ekstra stresi azaltmaq, normala endirmək üçün yeni bir siqaret yandırır. Siqaret çəkməyən insanda isə həmin o ekstra stres olmur. Mütəxəssislər bunu belə izah edir, ilk dəfə siqaret çəkəndə sanki mədənə "nikotik canavarı" daxil olur və ortalama hər 40 dəqiqədən bir bu "canavar" acır, hər dəfə yeni bir siqaret yandırmağa səni vadar edir. Sevindirici hal ondan ibarətdir ki, əgər bu "canavar" üç gün nikotinsiz qalarsa, ölür. Bəs niyə üç gün siqaretdən uzaq qalan insanlar yenə də bu vərdişdən yaxa qurtara bilmirlər, bu haqda yuxarıda tam olmasa, əsas məsələlər haqqında yazmışam, psixoloji olaraq azad olmamışdır bu zərərli vərdişdən, yanlış inancları sayəsində tərkidə bilməmişdir. Dünyada ən ideal tütündən azad olma yöntəmi Allen Carr yöntəmidir, Allen Carr yöntəmi heç bir fiziki müdaxilə etmədən, yalnız ünsiyyət quraraq istənilən tütündən asılı şəxsi 6 saat içində tütündən əbədi azad edir. Yöntəmin heyrətamiz tərəflərindən biri odur ki, tütünün heç bir zərərindən danışılmır, ağ ciyər xərçəngi olacaqsınız deyilmir, ayaqlarınız kəsiləcək deyilmir, boğaz və dil xərçəngi olacağınız deyilmir, qorxudaraq zərərli vərdişindən azad etməyə cəhd göstərilmir. Yöntəm deyir ki, 6 yaşda uşaqda tütünün yaratdığı xəstəlikləri bilir, təbii olaraq onu istifadə edəndə biləcəkdir bunu, yöntəm fərqli mövzülar haqqında danışır, 6 saatlıq dərsdən sonra sonuncu siqaretini söndürürsən və bir daha siqaret çəkmirsən. Allen Carr - "Siqareti Tərkitməyin Asan Yolu" adlı kitabını xalqımınız bu zərərli vərdişdən mümkün qədər uzaq olması üçün Azərbaycan dilinə hörmətli deputat Qənirə xanım Paşayeva öz hesabına tərcümə elətdirib, maraqlananlar ala bilərlər, qiymətidə çox ucuzdur. Dünyanın bir çox ölkələrində canlı 6 saatlıq seminarlar təşkil olunur, Allen Carr yöntəmi sayəsində 6 saatlıq dərsdən sonra əbədi olaraq insanlar tütündən azad olurlar, qardaş Türkiyədə də bu yöntəmi Emre Üstünüçar adlı şəxs təmsil edir, yöntəmin digər üstün tərəfi ondan ibarətdir ki, əgər seminardan sonra tütündən azad olmasanız, ödədiyiniz pul sizə geri qaytarılır, seminar üçün ortalama 2 aylıq siqaretə xərclədiyiniz pul nə qədərdisə, o qədər pul sizdən alınır, əvəzində əbədi siqaretdən azad olursunuz. İtirəcəyiniz heçnə yoxdur 6 saat seminarda sadəcə iştirak edirsiniz, əgər seminardan sonra tütündən azad olmasanız pulunuz sizə geri ödənilir. Yöntəm özünə çox güvəndiyi üçün bu şərtlər altında çalışır. Dünyada fərqli yollarla siqareti tərkidən, öz gücünə tərkidən insanların hamısını toplasalar, yenə də Allen Carr yöntəminin siqaretdən qurtardığı insanların sayından qat-qat azdır. Allen Carr yöntəmi sənin siqaretlə bağlı bütün inanclarını alt-üst edir, birini gözləyəndə bir siqaret yandırmaq əsla istəmirsən, gözəl yeməkdən sonra bir siqarət yandırmaq istəmirsən, əsəbləşəndə bir siqaret yandırmaq istəmirsən, yöntəm demək olar ki, hərkəs üçün fərdi çalışır, hansı düşüncə, hansı sözdən, hansı fikirdən sonra siqaret çəkirsənsə, yöntəm həmin düşüncənin bir illuziya olduğunu sənə isbatlayır, növbəti dəfə o düşüncə səni aladada bilmir, həmin düşüncə, həmin fikir sənə növbəti dəfə gələndə siqaret yandırmırsan, illuziya olduğunu dərhal hiss edirsən və gülüb keçirsən. Əvvəl bir neçə ay ərzində, yeni azad olduğun zamanlar ağlına gəlir sadəcə siqaretdən yeni qurtulduğun, istəməmək şərtiylə, ağlına gələndə qurtulduğun üçün sevinirsən, bir neçə aydan sonra tamam unudursan, yalnız kiminsə siqaret çəkdiyini görəndə xatırlayırsan ki, nə zamansa səndə çəkmisən və başqa zamanlar da isə görməsən, tütün deyilən bir maddənin varlığı belə heç ağlına gəlmir, bir sözlə zaman sənin xeyrinı çalışır. Azad olduğun ilk dəqiqələrdən, ilk saatlardan artıq siqaret çəkənlərə ürəyin acıyır, qurtulduğunu hiss edirsən və sevinirsən. Öz iradə gücünlə siqareti tərkidəndə qorxu içində olursan, yenidən çəkəcəyin qorxusu və birdə siqaretsiz qaldığın üçün bədbin olursan, yas saxlayırsan. Siqaret iradə gücü ilə buraxılmaz, iradə gücü ilə buraxılsa qiyməti artır, gözündə dəyəri artır, həmdə iradə gücü ilə atılanda əzab çəkirsən və geri dönmə şansın çox yüksəkdir. Siqaret asan yollarla atılır, atdığın ilk saniyələrdən xoşbəxt olursan, birdaha geri dönməyəcəyinə əmin olursan, çünkü yöntəm sağlamdır, səni oyandırır. Özün siqareti tərkidəndə kiminsə çəkdiyini görəndə qısqanırsan, siqaretsiz qalanda bədbin olursan, sanki bir əziz adamını itirmisən, Allen Carr yöntəmi kitabının adından da görünür ki, asan yolla qurtulursan siqaretdən, başqalarını siqaret çəkərkən görəndə ürəyin acıyır, inşAllah o da azad olar deyirsən, qısqanmırsan.
Mircalal Mehdiyev
26 Avqust 2022-ci il.