Şirvan Milli Parkının ekosisteminin optimallaşdırılması yolları müzakirə olunub

Xəbər verildiyi kimi, Azərbaycan Ornitoloji Cəmiyyəti 1 iyundan başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi Qorunan Ərazilərdə quşların tədqiqi” layihəsini icra edir. Lahiyə çərçivəsində 13-14 iyul 2024 tarixdə 4-cü tədbir keçirilib. 

AOC-nin sədri Elçin Sultanov və Şirvan Milli Parkının direktoru Seymur Kərimovun rəhbərliyi altında, təlimçi Fərid Ağabalayev və ekspert ornitoloq Səidə Səmədovaş MP-nin işçilərinin iştirakı ilə Salyan rayonunun Şirvan Milli Parkı ilə həmsərhəd kəndlərin nümayəndələri ilə görüş-dəyirmi masa keçirilib. Tədbirdə təbiətin mühafizəsini müasir tələbatları və getdikcə bizim həyatımızda daha aktual olduğu qeyd olunub. Azərbaycanın Qırmızı Kitabına salınmış quş növlərinin daha yüksək səviyyədə qorunmasının, Şirvan MP-nın ekosisteminin optimallaşdırılması yolları müzakirə olunub. Dəyirmi masa Şirvan MP-da nadir növlərinin qorunmdasında daha bir addımdır. Dəyirmi masadan sonra AOC-nin və Şirvan MP-nın nümayəndələrinin iştrirakı ilə qoruğda  qorunan quş növlərinin (mərməri cür səs yamsılıyan və bozca cüllütləri ilə) təkrar sayğısı keçirilib.

3107