Şirvan şəhərində “Ailədən cəmiyyətə yayılan təhlükə” adlı tədbir keçirildi

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 19.09.2022-ci iltarixində “Ailədən cəmiyyətə yayılan təhlükə” adli ilk tədbirini keçirtdi. tədbiri ilk olaraq layihə rəhbəri İradə Nəsirova açaqaq qonaqları salamladı.Sonra Qonaqlara layihə haqqında məlumat verdi. İradə xanımın sözlərinə görə “Ailə cəmiyyətin ən mühüm özəyidir. Ailə qurmaq, cəmiyyətə, Vətənə xeyirli övladlar yetişdirmək hər bir valideynin borcudur. Sağlam düşüncəli, savadlı gənc bizim gələcəyimizdir. Təəssüf ki, bəzi ailələr heç də qeyd etdiyimiz kimi, övladlarının qayğısına qalmır, onlara nəinki savad, bilik vermək üçün çalışır, digər valideynlik vəzifələrini də icra etmir. Övlad dünyaya gətirmək, sonra isə onları baxımsız qoymaq, küçəyə atmaq bu ailələrin sanki “borcudur”. Küçəyə atılmış uşaqlar cəmiyyətdə məhv olmamaq üçün pul qazanmağa çalışır. Buna görə də, qanuni olmayan işlərə əl atır. Bəzən isə narkotik aludəçisi olur. Qızlarda isə təhlükə tamamilə başqa istiqamətdə olur. Pis yollara düşən, yaşına uyğun olmayan qızlar qadın alverinin qurbanına çevrilə, xarici ölkələrə satıla bilir. Kiçik dövlət olan ailələrimizi qorumaq üçün uşaqları düzgün tərbiyələndirməli, Vətən, millət üçün faydalı insan kimi yetişdirməliyik. Əks halda övladlarımız sadəcə ailədən cəmiyyətə yayılan təhlükə olacaq. Biz ona görə də Şirvan şəhərində sığınacaq yaratmışıq. Sığnacağa küçədə yaşayan uşaqları, ailə tərəfindən baxılmayan və bu səbəbdən yaşayan uşaqları cəlb etmişik. Tədbirdə pisxoloq  uşaqlar arasında test formasında şəkil çəkdirdi və onlar haqqında öz fikirini söylədi.Həkim terapevt Şəhla xanım uşaqlara gigenik qaydalardan danışdı.Tədbirdə Gələcəyə Baxış Aİ i.b sədri Bəsti Nəsibovada söz alaraq bildirdiki, bu cür uşaqlara qayğ göstərmək ,onları düzgün yola cəlb etmək vətəndaş kimi hər birimizin borcudur. Sonda İradə xanım QHT Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirdi.