Şirvanda deputat başçı ilə şəhid ailələri ilə görüş keçirdi

Şirvanda, artıq ənənəyə çevrilmiş bir hal kimi hər ayın son cümə günündə Şəhidlər xiyabanında Şəhid ailələri ilə görüşdə İH başçısı İlqar Abbasov, hüquq mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə birlildə iştirak etdik. Əvvəlvə adəti üzrə bütün Şəhid məzarları ziyarət olundu. Sonra "Şəhid anası" kömpleksi önündə Şəhid ailələrini dinlədik və səmimi söhbətimiz oldu.

Daha sonra şəhərin Hacıqəhrəmanlı qəsəbəsində səyyar görüşdə iştirak etdik. Görüş həm maraqlı, həm də olduqca səmimi keçdi. Bütün müraciətlər aidiyyatı üzrə icrası üçün nəzarətə götürüldü.

İltizam Yusifov
Milli Məclisin deputatı