Şirvanın mühüm probleminin həlli istiqamətində önəmli addım

Əziz Şirvanlılar,

Bilirsiniz ki, Şirvan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə qəbul olunmuş Dövlət Proqramı çərçivəsində bir necə illər öncə başlanmış və hər il bu işlər mərhələli şəkildə davam etdirilmişdir. Lakin, Şirvan şəhərinin su təhcizatı və kanalizasiya sistemində müəyyən çətinliklərin olduğunu da bilirik.

Bununla əlaqədar olaraq,  Şirvan Şəhər İcra Hakimiyyətində “Azərsu” ASC tərəfindən şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində növbəti görüləcək işlərlə bağlı layihənin təqdimatı oldu.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, “Azərsu” ASC-nın mütəxəssisləri və yerli aidiyyatı nümayəndələrin iştirakı ilə keçən görüşdə, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı müzakirələrimiz oldu.

Məlumat üçün deyim ki, artıq işlərə start verilib. Mərhələli şəkildə, prioritet qaydada bütün bina evlərinin zirzəmilərinin çirkab sularından təmizlənərək ümumi sistemə qoşulması, bağ evləri massivinin, köhnə şəhər və s. yerlərin icməli su təchizatı işlərinin görülməsi nəzərdə tutulur.

Hesab edirəm ki, Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərillərinə uyğun olaraq yaxın illərdə Şirvan şəhərinin bu sahədəki problemləri öz həllini tapacaqdır.

P.S. Onu da qeyd edim ki, Ümumi Layihədə şəhərin kanalızasiya sisteminin qurulması, tikiləcək təmizləyici qurğular və s. işlər çərçivəsində Hacıqabul gölunun bərpasına hesablanmış işlərin də görülməsi nəzərdə tutulmuşdur.

 

İltizam Yusifov 
Milli Məclisin deputatı

 

 

Paylaş